MATTA 3

1O günlәrdә Vәftizçi Yәhya Yәhudeya çölündә vәz edәrәk meydana çıxdı. 2O belә deyirdi: "Tövbә edin! Çünki Sәmavi Padşahlıq yaxınlaşıb". 3Bu o adamdır ki, Yeşaya peyğәmbәr onun barәsindә belә demişdi: "Sәhrada nida edәnin sәsi gәlir: “Rәbbin yolunu hazırlayın, Onun keçәcәyi yerlәri düz edin”". 4Yәhya dәvә yunundan paltar geymiş, belinә dәri qurşaq bağlamışdı, yemәyi çәyirtkә vә çöl balı idi. 5Yerusәlim sakinlәri, bütün Yәhudeya diyarından olanlar vә İordan әtrafında yaşayanlar Yәhyanın yanına gәlirdi. 6Onlar günahlarını etiraf edәrәk onun tәrәfindәn İordan çayında vәftiz olunurdu. 7Fariseylәr vә sadukeylәrdәn çoxunun vәftiz olmaq üçün onun yanına gәldiyini görәn Yәhya onlara belә dedi: "Ey gürzәlәr nәsli! Üzәrinizә gәlәn qәzәbdәn canınızı qurtarmağı sizin beyninizә kim yeridib? 8İndi isә tövbәyә layiq bәhrә verin. 9Ürәyinizdә “atamız İbrahimdir” deyә düşünmәyin. Mәn sizә deyirәm: Allah bu daşlardan İbrahimә övlad yaratmağa qadirdir. 10Artıq balta ağacların dibindә yatır. Belәliklә, yaxşı bәhrә vermәyәn hәr ağac kәsilir vә oda atılır. 11Mәn sizi tövbәniz üçün su ilә vәftiz edirәm, amma mәndәn sonra Gәlәn mәndәn daha qüdrәtlidir. Mәn Onun çarıqlarını daşımağa belә, layiq deyilәm. O sizi Müqәddәs Ruhla vә odla vәftiz edәcәk. 12Onun kürәyi әlindәdir vә xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Külәşi isә sönmәz odda yandıracaq". 13O vaxt İsa Yәhya tәrәfindәn vәftiz olmaq üçün Qalileyadan İordan çayına, Yәhyanın yanına gәldi. 14Yәhya Ona mane olmaq istәyәrәk dedi: "Sәn Mәni vәftiz etmәlisәn, Sәn niyә mәnim yanıma gәlirsәn?" 15İsa ona cavab verdi: "Hәlәlik buna razı ol. Çünki biz salehlik işini belәcә yerinә yetirmәliyik". Onda Yәhya razı oldu. 16İsa vәftiz olunan kimi sudan çıxdı. O vaxt göylәr yarıldı vә Allahın Ruhunun göyәrçin kimi endiyini vә Öz üzәrinә qonduğunu gördü. 17Göylәrdәn bir sәda gәldi: "Bu Mәnim sevimli Oğlumdur, Ondan razıyam".


Copyright
Learn More

will be added

X\