MATTA 2

1İsa padşah Hirodun dövründә Yәhudeyanın Bet-Lexem şәhәrindә anadan olduqda müdrik adamlar şәrqdәn Yerusәlimә gәlib 2dedilәr: "Yәhudilәrin anadan olmuş Padşahı haradadır? " "Şәrqdә Onun ulduzunu gördük vә Ona sәcdә qılmağa gәldik". 3Padşah Hirod bunu eşitdikdә özü vә bütün Yerusәlim xalqı tәlaşa düşdü. 4Hirod xalqın bütün başçı kahinlәrini vә ilahiyyatçılarını toplayaraq onlardan Mәsihin harada doğulduğunu soruşdu. 5"Yәhudeyanın Bet-Lexem şәhәrindә" dedilәr. "Çünki peyğәmbәr vasitәsilә belә yazılıb: 6“Ey Yәhuda torpağındakı Bet-Lexem, sәn Yәhuda hökmdarları arasında әn kiçik deyilsәn, Çünki xalqım İsrailә çoban olan Hökmdar sәndәn çıxacaq”". 7Onda Hirod müdrik adamları gizlicә çağırıb onlardan ulduzun göründüyü dәqiq vaxtı öyrәndi. 8"Gedin, Körpәni diqqәtlә axtarın, tapan kimi mәnә xәbәr verin ki, mәn dә gedib Ona sәcdә qılım" deyәrәk onları Bet-Lexemә göndәrdi. 9Onlar padşahı dinlәdikdәn sonra yola düşdülәr. O vaxt şәrqdә gördüklәri ulduz onlara yol göstәrirdi. O, Körpәnin olduğu yerin üzәrinә çatdıqda dayandı. 10Onlar ulduzu gördüklәri vaxt lap çox sevindilәr. 11Evә girib Körpәni anası Mәryәmlә birlikdә gördülәr vә yerә qapanaraq Ona sәcdә qıldılar. Xәzinәlәrini açıb Ona hәdiyyәlәri – qızıl, kündür vә mirranı tәqdim etdilәr. 12Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xәbәrdarlıq aldıqlarına görә başqa yolla öz ölkәlәrinә getdilәr. 13Müdrik adamlar yola düşәndәn sonra Rәbbin bir mәlәyi Yusifә röyada görünәrәk dedi: "Qalx, Körpә ilә anasını götür, Misirә qaç. Mәn sәnә xәbәr verәnә qәdәr orada qal. Çünki Hirod Körpәni öldürmәk üçün axtarmağa başlayır". 14Belәliklә, Yusif qalxdı, hәmin gecә Körpә ilә anasını götürüb Misirә yollandı. 15Hirod ölәnә qәdәr orada qaldı. Bu, Rәbbin peyğәmbәr vasitәsilә söylәdiyi söz yerinә yetsin deyә baş verdi: "Öz Oğlumu Misirdәn çağırdım". 16Hirod müdrik adamlar tәrәfindәn axmaq yerinә qoyulduğunu görәndә çox hiddәtlәndi. O, müdrik adamlardan öyrәndiyi vaxta görә Bet-Lexem vә onun әtrafında yaşayan iki vә iki yaşdan aşağı körpә oğlan uşaqlarını öldürtdü. 17Belәliklә, Yeremya peyğәmbәr vasitәsilә söylәnәn bu söz yerinә yetdi: 18"Ramada bir sәs eşidildi, Ağlaşma vә böyük fәryad sәslәri! Rәhilә uşaqları üçün ağlayır, Tәsәlli istәmir. Çünki onlar daha yoxdur". 19Hirod ölәndәn sonra Rәbbin bir mәlәyi Misirdә Yusifә röyada görünüb 20dedi: "Qalx, Körpә ilә anasını götür, İsrail ölkәsinә qayıt. Çünki Körpәnin canını almaq istәyәnlәr öldü". 21Yusif qalxdı, Körpә ilә anasını götürüb İsrail ölkәsinә qayıtdı. 22Amma Arxelanın öz atası Hirodun yerinә Yәhudeya padşahı olduğunu eşidәndә oraya getmәyә qorxdu. Röyada xәbәrdarlıq alaraq Qalileya bölgәsinә getdi. 23Gәlib Nazaret deyilәn şәhәrdә mәskәn saldı. Bu, peyğәmbәrlәr vasitәsilә söylәnәn "Ona Nazaretli deyilәcәk" sözü yerinә yetsin deyә baş verdi.


Copyrighted Material
Learn More

will be added

X\