1 Davudun Oğlu, İbrahimin dә Oğlu olan İsa Mәsihin nәsil şәcәrәsi: 2 İbrahimdәn İshaq törәdi. İshaqdan Yaqub törәdi. Yaqubdan Yәhuda vә onun qardaşları törәdi. 3 Yәhudadan Tamarın doğduğu Peres vә Zerah törәdi. Peresdәn Xesron törәdi. Xesrondan Ram törәdi. 4 Ramdan Amminadav törәdi. Amminadavdan Naxşon törәdi. Naxşondan Salmon törәdi. 5 Salmondan Raxavın doğduğu Boaz törәdi. Boazdan Rutun doğduğu Oved törәdi. Oveddәn Yessey törәdi. 6 Yesseydәn padşah Davud törәdi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törәdi. 7 Süleymandan Rexavam törәdi. Rexavamdan Aviya törәdi. Aviyadan Asa törәdi. 8 Asadan Yehoşafat törәdi. Yehoşafatdan Yehoram törәdi. Yehoramdan Uzziya törәdi. 9 Uzziyadan Yotam törәdi. Yotamdan Axaz törәdi. Axazdan Xizqiya törәdi. 10 Xizqiyadan Menaşşe törәdi. Menaşşedәn Amon törәdi. Amondan Yoşiya törәdi. 11 Babil sürgünü zamanı Yoşiyadan Yekonya vә onun qardaşları törәdi. 12 Babil sürgünündәn sonra Yekonyadan Şealtiel törәdi. Şealtieldәn Zerubbabil törәdi. 13 Zerubbabildәn Avihud törәdi. Avihuddan Elyaqim törәdi. Elyaqimdәn Azur törәdi. 14 Azurdan Sadoq törәdi. Sadoqdan Yaxin törәdi. Yaxindәn Elihud törәdi. 15 Elihuddan Eleazar törәdi. Eleazardan Mattan törәdi. Mattandan Yaqub törәdi. 16 Yaqubdan Mәryәmin әri Yusif törәdi. Mәryәmdәn dә Mәsih adlanan İsa doğuldu. 17 Belәliklә, İbrahimdәn Davuda qәdәr olan bütün nәsillәr on dörd nәsildir, Davuddan Babil sürgününә qәdәr on dörd nәsildir, Babil sürgünündәn Mәsihә qәdәr dә on dörd nәsildir. 18 İsa Mәsihin doğulması belә oldu. Anası Mәryәm Yusifә nişanlanmışdı. Amma birlikdә olmalarından әvvәl Mәryәmin Müqәddәs Ruhdan hamilә olduğu aşkar oldu. 19 Onun nişanlısı Yusif saleh bir adam idi vә Mәryәmi camaat arasında rüsvay etmәk istәmәyәrәk gizlicә boşamaq niyyәtinә düşdü. 20 Amma belә düşündüyü halda Rәbbin bir mәlәyi röyada ona görünüb dedi: "Davud oğlu Yusif! Mәryәmi özünә arvad etmәkdәn qorxma, çünki onun bәtnindәki körpә Müqәddәs Ruhdandır. 21 Mәryәm bir Oğul doğacaq vә Onun adını qoy, çünki O Öz xalqını günahlarından xilas edәcәk". 22 Bütün bunlar Rәbbin peyğәmbәr vasitәsilә söylәdiyi bu söz yerinә yetsin deyә baş verdi: 23 "Budur, bakirә qız hamilә olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar". "İmmanuel""Allah bizimlәdir" demәkdir. 24 Yusif yuxudan oyananda Rәbbin mәlәyinin buyurduğu kimi etdi vә arvadını qәbul etdi. 25 Amma Mәryәm bir Oğul doğana qәdәr Yusif onunla yaxınlıq etmәdi. Doğulan Körpәnin adını İsa qoydu.
