1 Mәn bunu deyirәm: varis hәr şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölәdәn fәrqlәnmir. 2 O, atasının tәyin etdiyi vaxta qәdәr qәyyumların vә idarәçilәrin nәzarәti altındadır. 3 Bunun kimi biz dә ruhani tәrәfdәn uşaq ikәn dünyanın ibtidai tәlimlәrinә kölә idik. 4 Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndәrdi ki, 5 Qanun altında olanları satın alsın vә biz övladlığa götürülәk. 6 Övladlar olduğunuz üçün Allah Öz Oğlunun "Abba, Ata!" deyәrәk nida edәn Ruhunu ürәklәrimizә göndәrdi. 7 Buna görә dә sәn artıq kölә deyil, övladsan. Әgәr övladsansa, hәmçinin Allahın tәyin etdiyi varissәn. 8 Әvvәllәr Allahı tanımadığınız vaxt tәbiәtcә allah olmayanların kölәlәri idiniz. 9 İndi isә siz Allahı tanıdınız, daha doğrusu, Allah tәrәfindәn tanındınız. Necә olur ki, tәkrarәn zәif vә dәyәrsiz olan ibtidai tәlimlәrә qayıdırsınız? Yenidәn onların kölәsimi olmaq istәyirsiniz? 10 Xüsusi günlәrә, aylara, mövsümlәrә vә illәrә riayәt edirsiniz! 11 Sizin üçün qorxuram, bәlkә sizә görә boş yerә zәhmәt çәkmişәm. 12 Qardaşlar, sizә yalvarıram, mәnim kimi olun, çünki mәn dә sizin kimi oldum. Siz mәnә heç bir haqsızlıq etmәmisiniz. 13 Bildiyiniz kimi mәn Müjdәni ilk dәfә sizә cismәn zәif olaraq vәz etmişdim. 14 Cismani vәziyyәtim sizin üçün çәtin bir sınaq oldusa da, nә mәnә xor baxdınız, nә dә mәni rәdd etdiniz. Hәtta mәni, Allahın bir mәlәyini, Mәsih İsanı qәbul edәr kimi qәbul etdiniz. 15 İndi o xoşbәxtliyiniz necә oldu? Sizin haqqınızda şәhadәt edirәm ki, әgәr mümkün olsaydı, gözlәrinizi çıxardıb mәnә verәrdiniz. 16 Mәgәr sizә hәqiqәti söylәdiyim üçün sizin düşmәniniz oldum? 17 Onlar sizin qeyrәtinizi çәkirlәr, amma yaxşı niyyәtlә deyil. Siz onların qeyrәtini çәkәsiniz deyә sizi mәndәn ayırmaq istәyirlәr. 18 Yaxşı niyyәtlә olarsa, qeyrәtimi çәkmәniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun. 19 Övladlarım! Mәsihin surәti sizdә yaradılana qәdәr, sizlәr üçün yenә doğuş ağrısı çәkirәm. 20 İndi yanınızda olmaq vә sәsimi dәyişdirmәk istәyirdim. Bu halınıza çaşıb-qalmışam. 21 Ey Qanun altında yaşamaq istәyәnlәr, mәnә deyin görüm, Qanunun nә dediyini eşitmәmisinizmi? 22 İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyәdәn, o biri oğlu isә azad qadından doğulmuşdu. 23 Cariyәdәn doğulan bәşәri arzusundan, azad qadından doğulan isә vәdә görә doğulmuşdu. 24 Burada bir mәcaz var. Çünki bu qadınlar iki Әhdi tәmsil edir. Biri Sina dağındandır, kölәlik üçün uşaq doğur. Bu, Hәcәrdir. 25 Hәcәr Әrәbistandakı Sina dağını tәmsil edir vә indiki Yerusәlimә bәnzәyir. Çünki indiki Yerusәlim övladları ilә birlikdә kölәlikdәdir. 26 Sәmavi Yerusәlim isә azaddır, o bizim anamızdır. 27 Çünki yazılıb: "Şәnlәn, ey sonsuz, qısır qadın! Sevinclә mahnı oxu, qışqır, Ey doğuş ağrısı çәkmәyәn qadın! Çünki atılmış qadının övladları Әrli qadının övladlarından çoxdur". 28 Sizsә, qardaşlar, İshaq kimi vәdә görә doğulan övladlarsınız. 29 Amma o zaman bәşәr arzusundan doğulan şәxs Ruhun gücü ilә doğulan şәxsi necә tәqib etdisә, indi dә belәdir. 30 Bәs Müqәddәs Yazı nә deyir? "Cariyәni vә onun oğlunu qov. Çünki cariyәnin oğlu azad qadının oğlu ilә birgә varis olmayacaq". 31 Buna görә, qardaşlar, biz cariyәnin deyil, azad qadının övladlarıyıq.
